Trampdan Hörmüz boğazı ilə bağlı sərt qərar: Gəmilərə dəyən zərər İranın vəsaiti hesabına ödəniləcək | 1news.az | Xəbərlər
Dünya

Trampdan Hörmüz boğazı ilə bağlı sərt qərar: Gəmilərə dəyən zərər İranın vəsaiti hesabına ödəniləcək

Oksana Orucova09:57 - Bu gün
Trampdan Hörmüz boğazı ilə bağlı sərt qərar: Gəmilərə dəyən zərər İranın vəsaiti hesabına ödəniləcək

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında gəmilərə və yüklərə dəyəcək zərərlərin ABŞ-nin nəzarətində olan İranın vəsaiti hesabına ödəniləcəyini açıqlayıb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp sosial media hesabında etdiyi paylaşımda bildirib ki, növbəti açıqlamaya qədər Hörmüz boğazından keçən gəmilərə, yüklərə və ya onlarla bağlı baş verən hər hansı insident nəticəsində dəyən zərər ABŞ-ın nəzarətində olan İranın maliyyə vəsaiti hesabına kompensasiya ediləcək.

ABŞ Prezidenti qeyd edib ki, sözügedən zərərlərin həcmi çox böyük ola bilər. Onun sözlərinə görə, bu "edilməsi zəruri və ədalətli bir qərardır".

Trampın bu açıqlaması Hörmüz boğazında təhlükəsizlik məsələlərinin və bölgədə artan gərginliyin fonunda verilib.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər