Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub | 1news.az | Xəbərlər
Dünya

Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub

First News Media12:08 - Bu gün
Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub

Rumıniya Ukrayna ilə sərhəddə, Dunay çayı deltası ərazisində ölkənin hava məkanını pozan, iki gün ərzində ikinci pilotsuz uçuş aparatını (PUA) vurub.

1news.az report-a istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Nikuşor Dan sosial şəbəkə səhifəsində məlumat verib.

O qeyd edib ki, PUA yerli vaxtla 08:30-da (Bakı vaxtı ilə 9:30-da) Sfıntu-George şəhərindən təxminən 10 km qərbdə vurulub.

Rumıniya Prezidenti vurğulayıb ki, PUA "F-16" qırıcılarından istifadə edilməklə vurulub. Bununla belə, dronun mənşəyi dəqiqləşdirilmir.

Qeyd edək ki, ötən gün Rumıniya lideri ölkənin hava məkanına qanunsuz daxil olan dronun vurulduğunu bəyan etmişdi.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər