Hacıqabulda qatar yoluna çıxan 53 yaşlı kişi həyatını itirdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacıqabulda qatar yoluna çıxan 53 yaşlı kişi həyatını itirdi

First News Media11:36 - Bu gün
Hacıqabulda qatar yoluna çıxan 53 yaşlı kişi həyatını itirdi

Bu gün gecə saatlarında Atbulaq-Pirsaat sahəsində hərəkətdə olan sərnişin qatarının qarşısına qəflətən bir nəfər kişi çıxıb. Maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub və həmin şəxs həyatını itirib.

Bu barədə 1news.az-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hadisə ilə bağlı araşdırma aparılır.

ADY bir daha vətəndaşlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırıb:

"Nəzərə almaq lazımdır ki, yol hər zaman qatarındır. Təəssüf ki, sürücü və piyadaların diqqətsizliyi, tələskənliyi, qaydalara laqeyd münasibət arzuolunmaz hallara səbəb olur.

Unutmaq olmaz ki, qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır".

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər