Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır

First News Media11:07 - Bu gün
Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır

İlin sonunadək Cəbrayılın Soltanlı kəndinə ilk sakinlərin köçü planlaşdırılır.

1news.az report-a istinadən xəbər verir ki, bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonunda Bərpa, Tikinti və idarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov deyib.

O qeyd edib ki, kəndin tikintisinin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulub.

Sakinlərin mərhələli şəkildə köçürülməsi planlaşdırılır.

N. Cəfərov bildirib ki, hazırda kənddə ümumilikdə yaşayış evləri üzrə işlərin təxminən 50 %-i, sosial obyektlər üzrə ümumi icra səviyyəsi təxminən 30 % təşkil edir.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər