Binəqədi-Novxanı-Mehdiabad yolunda obyektdə yanğın məhdudlaşdırılıb - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədi-Novxanı-Mehdiabad yolunda obyektdə yanğın məhdudlaşdırılıb - FOTO - VİDEO

Qafar Ağayev12:37 - Bu gün
Binəqədi-Novxanı-Mehdiabad yolunda obyektdə yanğın məhdudlaşdırılıb - FOTO - VİDEO

Paytaxtın Binəqədi rayonu, Binəqədi-Novxanı-Mehdiabad yolunda yerləşən obyektdə baş vermiş yanğın məhdudlaşdırılıb.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə sözügedən ünvanda obyektdə yanğın baş verməsi barədə məlumat daxil olduqdan sonra dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Qeyd olunub ki, havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində alovun genişlənərək ətrafa yayılmasının qarşısı alınıb və yanğın lokallaşdırılıb.

Paylaş:
148

Son xəbərlər

Bütün xəbərlər