Bakıda Azərbaycan-Qazaxıstan hərbi mütəxəssisləri görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Azərbaycan-Qazaxıstan hərbi mütəxəssisləri görüşüb

16:37 - Bu gün
Bakıda Azərbaycan-Qazaxıstan hərbi mütəxəssisləri görüşüb

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında "Hərbi əməkdaşlıq sahəsində perspektivlərin müzakirə edilməsi üzrə qərargah danışıqları" keçirilib. 

1news.az xəbər verir ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə hər iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti, gələcək perspektivləri və bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbirdə, həmçinin 2027-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planının layihəsinə baxılıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Paylaş:
52

Son xəbərlər

Bütün xəbərlər