DİM: 85 mindən çox şəxs ərizəsini təsdiqləyib | 1news.az | Xəbərlər
Cəmiyyət

DİM: 85 mindən çox şəxs ərizəsini təsdiqləyib

First News Media17:48 - Bu gün
DİM: 85 mindən çox şəxs ərizəsini təsdiqləyib

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi bu gün başa çatır.

DİM-dən 1news.az-a verilən məlumata görə, abituriyentlər bu gün saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

19 avqust saat 17:35-ə olan məlumata əsasən, 84487 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib. Bununla yanaşı, 1500-dən artıq abituriyent ixtisas seçimi edib öz ərizələrini yadda saxlasalar da onu təsdiq etməyiblər. Həmin abituriyentlərin “Şəxsi kabinet”lərində qeyd olunan mobil telefon nömrələrinə bu haqda “SMS” xəbərdarlıq göndərilib. Qeyd edək ki, müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar. Ərizəsini təsdiq etməyən abituriyentlərə tövsiyə edirik ki, qeyd olunan vaxtadək ərizələrini təsdiq etsinlər. Sabah bununla bağlı daxil olan müraciətlərə baxılmayacaq.

Bundan əlavə qeyd edirik ki, hər bir abituriyent yenidən öz elektron ixtisas seçimi ərizəsinə daxil olub ərizənin təsdiq olunub-olunmadığını yoxlaya bilər.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər