Azərbaycana idxal edilən nektarin tinglərində təhlükəli virus tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycana idxal edilən nektarin tinglərində təhlükəli virus tapıldı

1news Redaksiyası13:44 - 29 / 07 / 2026
Azərbaycana idxal edilən nektarin tinglərində təhlükəli virus tapıldı

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən nəzarət tədbirləri çərçivəsində “Aqro-Mədrəsə” ASC-nin Türkiyədən idxal etdiyi 12500 ədəd nektarin tingindən laborator müayinələrin aparılması üçün nümunələr götürülüb. Laboratoriyanın nəticələrində tinglərdə karantin tətbiq edilən Gavalının cibcibə virusu (Şarka) aşkarlanıb.

1news.az AQTA-ya istinadən xəbər verir ki, faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsul partiyası sahibkarın müraciətinə əsasən, Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.

Paylaş:
237

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər