Fransız DJ Kavinsky evində ölü tapıldı
Fransız DJ və elektron musiqi ifaçısı Kavinsky Parisdəki evində ölü tapılıb.
1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə France 24 telekanalı məlumat yayıb.
Məlumata görə, əsl adı Vensan Belorje (Vincent Belorgey) olan 50 yaşlı musiqiçi yaşadığı evdə həyatını itirmiş vəziyyətdə aşkar edilib.
Kavinskynin ölümü ilə bağlı Fransa prokurorluğu araşdırmalara başlayıb. Hadisənin başvermə səbəbi hələlik açıqlanmayıb.
Elektron musiqi dünyasının tanınmış simalarından olan Kavinsky 2011-ci ildə ekranlara çıxan, Rayan Qoslinqin baş rolda oynadığı "Drive" filminin məşhur saundtreki "Nightcall" mahnısı ilə dünya şöhrəti qazanmışdı.
Məşhur sənətçi həmçinin 2024-cü il Yay Olimpiya Oyunlarının bağlanış mərasimində belçikalı müğənni Angele ilə birlikdə səhnəyə çıxaraq yaddaqalan çıxış etmişdi.












