Ukrayna Krımda Rusiyaya məxsus kater bazasını vurub | 1news.az | Xəbərlər
Dünya

Ukrayna Krımda Rusiyaya məxsus kater bazasını vurub

First News Media12:58 - Bu gün
Ukrayna Krımda Rusiyaya məxsus kater bazasını vurub

Ukrayna Müdafiə Qüvvələri iyulun 29-na keçən gecə müvəqqəti işğal olunmuş Krımda, Mejvodnoye yaxınlığında Rusiyanın Qara Dəniz Donanmasının sürət katerlərinin yerləşdiyi bazanı vurublar.

1news.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının teleqram kanalında məlumat yayılıb.

Qurumun məlumatına görə, obyektdən patrul xidməti, sahil mühafizəsi, logistika təminatı və Rusiya qoşunlarının maraqları naminə digər tapşırıqların yerinə yetirilməsinə cəlb olunan sürət katerlərinin texniki xidməti və təminatı üçün istifadə edilirdi.

Bundan əlavə, Ukrayna qüvvələri Rusiyanın Ryazan vilayətindəki "Ryazan" neft emalı zavoduna (NEZ) zərbə endirildiyini təsdiqləyib. Baş Qərargahdan bildirilib ki, obyektin vurulub və ardınca yanğın baş verib.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər