Dənizdə batan 21 yaşlı gəncdən hələ də xəbər yoxdur | 1news.az | Xəbərlər
Cəmiyyət

Dənizdə batan 21 yaşlı gəncdən hələ də xəbər yoxdur

1news Redaksiyası16:53 - 23 / 07 / 2026
Dənizdə batan 21 yaşlı gəncdən hələ də xəbər yoxdur

15 iyul tarixində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə batan 2004-cü il təvəllüdlü Qarayev Elgün Elçin oğlunun axtarışları davam etdirilir.

1news.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Hazırda axtarışlar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən vətəndaşın batdığı ehtimal edilən istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Paylaş:
645

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər