Qızıl yenidən bahalaşdı
"Comex" birjasında avqustda çatdırılma şərti ilə qızıl fyuçersinin qiyməti iyulun 22-dən bəri ilk dəfə bir troya unsiyası üçün 4 150 dollar həddini ötüb.
1news.az "Report"a istinadən xəbər verir ki, bunu hərracların məlumatları göstərir.
Bakı vaxtı ilə saat 05:06-ya olan vəziyyətə görə, qızılın qiyməti 2,79% artaraq bir troya unsiyası üçün 4 151,5 dollara çatıb.
Bakı vaxtı ilə saat 05:35-ə doğru artım yavaşlayıb, fyuçersin qiyməti isə bir troya unsiyası üçün 4 146 dollar təşkil edib.
55












