Qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik ələ keçirildi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik ələ keçirildi - VİDEO

First News Media15:16 - Bu gün
Qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik ələ keçirildi - VİDEO

57 kq narkotik vasitə və 1981 psixotrop həb dövriyyədən çıxarılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Abşeron və Qaradağ rayonlarında keçirilən tədbirlərlə əvvəllər oğurluq cinayətinə görə məhkum olunan Ramil Əliyev və Nihat Abdurrahmanov saxlanılıblar.

Onlardan ümumilikdə 57 kiloqram heroin, metemfetamin, tiryək, həşiş qətranı, tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 1981 ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxslərin xarici narkotacirlərin tapşırığı ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb,saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
50

Son xəbərlər

Bütün xəbərlər