Abşeronda saxta alıcı evdən 5 min manatlıq qızıl oğurlamaqda şübhəli bilinir | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda saxta alıcı evdən 5 min manatlıq qızıl oğurlamaqda şübhəli bilinir

1news Redaksiyası16:24 - 30 / 07 / 2026
Abşeronda saxta alıcı evdən 5 min manatlıq qızıl oğurlamaqda şübhəli bilinir

Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı R.Quliyeva müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkənin evini satışa çıxardığını öyrəndikdən sonra özünü alıcı kimi təqdim edərək evə daxil olub və talama cinayətini törədib.

Araşdırma davam etdirilir.

Paylaş:
298

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər