Azərbaycanın minifutbol üzrə U-23 millisi Qazaxıstan yığmasına qalib gəlib
Azərbaycanın minifutbol üzrə U-23 millisi yoxlama görüşündə Qazaxıstan yığmasına qalib gəlib.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyasından məlumat verilib.
İyulun ilk həftələrindən hazırlıq keçən Rəcəb Fərəczadənin baş məşqçi olduğu komanda Bakıda toplanışda olan Qazaxıstanın U-23 millisini 2:0 hesabı ilə məğlub edib.
Hər iki komanda oktyabrda Xorvatiyada təşkil olunacaq dünya çempionatına hazırlaşır.
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 7-də startı veriləcək dünya çempionatının B qrupunda Kolumbiya, Slovakiya və İraq yığmaları ilə mübarizə aparacaq.
69










