İngiltərədə isti hava dalğası 2 877 nəfərin ölümünə səbəb oldu | 1news.az | Xəbərlər
Dünya

İngiltərədə isti hava dalğası 2 877 nəfərin ölümünə səbəb oldu

Oksana Orucova15:49 - Bu gün
İngiltərədə isti hava dalğası 2 877 nəfərin ölümünə səbəb oldu

İngiltərədə may və iyun aylarında müşahidə olunan güclü isti hava dalğaları nəticəsində 2 877 nəfər həyatını itirib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) məlumat yayıb. Bildirilib ki, bu göstərici ötən illə müqayisədə təxminən iki dəfə çoxdur.

Məlumata görə, mayın 24–27-də baş verən isti hava dalğası zamanı 753, iyunun 21–28-də isə 2 124 nəfər ölüb. Qurum qeyd edib ki, rəqəmlər hələlik ilkin xarakter daşıyır və 2026-cı ildə istiyə bağlı ölüm sayının rekord həddə çata biləcəyi istisna edilmir.

İyun ayında isti hava dalğası 8 gün davam edib və ölkədə ikinci dəfə qırmızı səviyyəli sağlamlıq xəbərdarlığı elan olunub. Bu müddətdə temperatur bəzi bölgələrdə 37,7 dərəcəyədək yüksəlib.

Səhiyyə rəsmiləri əhalini isti havalarda xüsusilə yaşlılara və sağlamlıq problemləri olan şəxslərə qarşı daha diqqətli olmağa çağırıblar.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər