Ağdam–Xankəndi dəmir yolunun tikintisinin 44 %-ə yaxını başa çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdam–Xankəndi dəmir yolunun tikintisinin 44 %-ə yaxını başa çatıb

First News Media14:27 - Bu gün
Ağdam–Xankəndi dəmir yolunun tikintisinin 44 %-ə yaxını başa çatıb

Qarabağın yeni nəqliyyat marşrutlarından biri olacaq Ağdam–Xankəndi dəmir yolu xəttinin tikintisi davam edir.

Bu barədə 1news.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, dəmir yolu xətti üzrə layihələndirmə işlərinin 90, tikinti işlərinin isə 44 %-ə yaxını başa çatıb.

"Ağdam–Xankəndi dəmir yolu xətti üzrə inşa olunacaq Əsgəran və Xocalı stansiyalarının konsept layihələri artıq tamamlanıb. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin isə tikinti işləri sürətlə davam etdirilir", - məlumatda qeyd olunub.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər