Azərbaycanda oğul atasını bıçaqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda oğul atasını bıçaqladı

1news Redaksiyası11:48 - 31 / 07 / 2026
Azərbaycanda oğul atasını bıçaqladı

Şamaxıda oğul atasını bıçaqlayıb.

1news.az report-a istinadən xəbər verir ki, hadisə Sabir qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 37 yaşlı Anar Ağayev ailə-məişət mübahisəsi zəminində atası, 67 yaşlı Məmməd Ağayevə kəsici alətlə xəsarət yetirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
215

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər