İtaliyanın ardınca Finlandiya da İspaniyanın Şengen zonasından çıxarılmasını təklif edib | 1news.az | Xəbərlər
Dünya

İtaliyanın ardınca Finlandiya da İspaniyanın Şengen zonasından çıxarılmasını təklif edib

First News Media14:19 - Bu gün
İtaliyanın ardınca Finlandiya da İspaniyanın Şengen zonasından çıxarılmasını təklif edib

İtaliyadan sonra Finlandiya da Mərakeşdən gələn qeyri-qanuni miqrasiya axını ilə əlaqədar İspaniyanın Şengen zonasından çıxarılmasını təklif edib.

1news.az xəbər verir ki, bu barədə Finlandiyanın daxili işlər naziri Mari Rantanen "X" sosial şəbəkə hesabında paylaşım edib.

Nazir bildirib ki, İspaniya Şengen zonasının xarici sərhədlərini qeyri-qanuni keçidlərdən qorumaq öhdəliyini yerinə yetirə bilmir.

"Bu vəziyyət davam edə bilməz. Avropanın bütün ölkələri İtaliyanın Baş naziri Corcia Meloninin irəli sürdüyü təklifi dəstəkləməlidir. Xarici sərhədlərin mühafizəsi ilə bağlı öhdəliklərini yerinə yetirməyən dövlətlər Şengen zonasının üzvü ola bilməz", – deyə Mari Rantanen vurğulayıb.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər