Almaniyada anomal istilər 9 800 nəfərin ölümünə səbəb oldu | 1news.az | Xəbərlər
Dünya

Almaniyada anomal istilər 9 800 nəfərin ölümünə səbəb oldu

Oksana Orucova15:04 - Bu gün
Almaniyada anomal istilər 9 800 nəfərin ölümünə səbəb oldu

Almaniyada güclü isti hava dalğası nəticəsində həyatını itirənlərin sayı 9 800-ə çatıb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Robert Kox İnstitutu (RKI) məlumat yayıb. Bildirilib ki, iyunun rekord isti keçdiyi və havanın temperaturunun 41 dərəcəni ötüb keçdiyi dövrdə, iyulun 19-dək qeydə alınan ölümlərin əsas səbəblərindən biri ekstremal istilər olub.

Məlumata görə, isti havadan ən çox 85 yaşdan yuxarı şəxslər zərər çəkib. Bu yaş qrupunda 5 420 nəfər həyatını itirib. Həmçinin 75-84 yaş arasında 2 460, 65–74 yaş arasında 1 260, 65 yaşdan aşağı isə 630 nəfər isti hava səbəbindən vəfat edib.

İnstitutun açıqlamasında qeyd olunub ki, yüksək temperatur ürək-damar, ağciyər və böyrək xəstəlikləri kimi mövcud sağlamlıq problemlərini ağırlaşdıraraq ölüm hallarına səbəb olub.

RKI-nin məlumatına görə, Almaniyada isti hava səbəbindən 2025-ci ildə 2 550, 2024 və 2023-cü illərdə hərəsində 3 min, 2022-ci ildə isə 4 700 nəfər ölüb. Bu ilin ilk yarısına dair göstəricilər isə 2026-cı ilin ölkədə istilərlə bağlı ən çox ölüm qeydə alınan il ola biləcəyini göstərir.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər