Yaponiyanın baş verən güclü zəlzələdə ölənlərin sayı 35-ə yüksəldi | 1news.az | Xəbərlər
Dünya

Yaponiyanın baş verən güclü zəlzələdə ölənlərin sayı 35-ə yüksəldi

Oksana Orucova12:42 - Bu gün
Yaponiyanın baş verən güclü zəlzələdə ölənlərin sayı 35-ə yüksəldi

Yaponiyanın Kumamoto prefekturasında baş verən güclü zəlzələdə ölənlərin sayı 35-ə yüksəlib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, yerli KİV-in yaydığı məlumata görə, iyulun 28-də Kumamoto prefekturasında qeydə alınan 7,1 maqnitudalı zəlzələ nəticəsində həlak olanların sayı 35 nəfərə çatıb.

Prefektura administrasiyasının nümayəndəsi bildirib ki, zəlzələdən sonra xilasetmə əməliyyatları üçün ən mühüm hesab olunan ilk 72 saatlıq müddət başa çatıb. Buna baxmayaraq, dağıntılar altında insanların ola biləcəyi ehtimalı nəzərə alınaraq axtarış-xilasetmə işləri davam etdirilir.

Hazırda damı və divarları çökmüş Aeon Mall ticarət mərkəzində, eləcə də bacası uçmuş Nippon Paper Industries zavodunda xilasedicilər fəaliyyətlərini davam etdirirlər.

Məlumata əsasən, dağıntılar altından çıxarılan 6 yaralının vəziyyəti ağır qiymətləndirilir. Təbii fəlakət səbəbindən 80 min ev təsərrüfatı hələ də susuz, 4 500 ev isə elektriksiz qalıb.

Bildirilib ki, 9 mindən çox sakin müvəqqəti sığınacaqlara yerləşdirilib.

Yaponiya Səhiyyə Nazirliyinin açıqlamasına görə, zəlzələdən zərər görən bölgədə yerləşən 53 tibb müəssisəsində su və ya elektrik təchizatında problemlər hələ də aradan qaldırılmayıb.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər