Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

1news Redaksiyası11:22 - 03 / 08 / 2026
Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində mina hadisəsi baş verib.

Bu barədə 1news.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1994-cü il təvəllüdlü Surxaylı Əlzamin Vəzir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində Surxaylı Əlzamin sağ ayaq nahiyəsindən xəsarət alıb. Hadisə zamanı digər əməkdaş 1998-ci il təvəllüdlü Mirzəyev Füzuli Rizvan oğlu yüngül bədən xəsarətləri alıb. Xəsarət alan əməkdaşlar rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.

Paylaş:
224

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər