Sabah Abşeronun bir hissəsində qaz kəsiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Abşeronun bir hissəsində qaz kəsiləcək

1news Redaksiyası16:40 - 29 / 07 / 2026
Sabah Abşeronun bir hissəsində qaz kəsiləcək

İyulun 30-da Abşeron rayonunun bir hissəsində qaz kəsiləcək.

Bu barədə 1news.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 08:00-dan işlər yekunlaşanadək Xırdalan şəhərinin bir hissəsinin, Atyalı, Qobu, Hökməli, Pirəküşkül, Müşfiqabad, 28 May, Saray və Ceyranbatan qəsəbələrinin, Daş Güzdək, Aşağı Güzdək, Çaylı və Qobustan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Paylaş:
526

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər