Zakir Həsənov yeni hərbi obyektlərdə döyüş hazırlığını yoxladı - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Zakir Həsənov yeni hərbi obyektlərdə döyüş hazırlığını yoxladı - FOTO - VİDEO

First News Media11:19 - Bu gün
Zakir Həsənov yeni hərbi obyektlərdə döyüş hazırlığını yoxladı - FOTO - VİDEO

Müdafiə Nazirliyinin rəhbər heyəti Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin istifadəsinə verilən yeni hərbi obyektlərə baxış keçirib.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Rəhbər heyətə məruzə olunub ki, respublikamızın müxtəlif bölgələrində yeni istifadəyə verilmiş 20-yə yaxın hərbi infrastruktur obyektlərində şəxsi heyətin xidməti-döyüş fəaliyyəti üçün lazımi şərait yaradılıb.

Obyektlərdə yeməkxana, mətbəx, tibb məntəqəsi, yataqxana, silah otağı, məişət otağı, hamam-sanitar qovşağı, qazanxana və su təchizatı kompleksi, eləcə də ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur. Binalar kommunal xidmət sistemləri və kommunikasiya xətləri, o cümlədən yanğın əleyhinə siqnalizasiya ilə təchiz edilib.

İnfrastrukturlar bütün zəruri ehtiyacları təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz olunub.

Müdafiə naziri Zakir Həsənov Azərbaycanın hava məkanının fasiləsiz müdafiəsi, bununla yanaşı HHM bölmələrində keçirilən təlim və məşqlər zamanı arsenala yeni daxil edilmiş müasir silah və texnikanın taktiki-texniki xüsusiyyətlərinin dərindən öyrənilməsi, onların döyüş şəraitində effektiv tətbiqi qaydalarının mənimsənilməsi barədə Hava Döyüş Komandanlığına müvafiq tapşırıqlar verib.

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər