Sevgilisinin azyaşlı qızına qarşı cinsi zorakılıq edən şəxsə hökm oxundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Sevgilisinin azyaşlı qızına qarşı cinsi zorakılıq edən şəxsə hökm oxundu

First News Media09:14 - Bu gün
Sevgilisinin azyaşlı qızına qarşı cinsi zorakılıq edən şəxsə hökm oxundu

Saatlı rayonunda 38 yaşlı kişi sevgilisinin azyaşlı qızına təcavüz edib.

1news.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Saatlı rayonu ərazisində keçmiş məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə baş verib. Ağdam rayon sakini, 1988-ci il təvəllüdlü Anar İsayev (soyadı şərtidir) adıçəkilən şəhərcikdə xanımla tanış olub. O, himayəsində yetkinlik yaşına çatmayan qızı olan xanımla bir müddət sevgili olduqdan sonra bir yerdə yaşamağa qərar verib. Əvvəlcə qadın qızını anasının himayəsində saxlasa da, təxminən bir ildən sonra qadın yetkinlik yaşına çatmayan qızını Anarın razılığı ilə yaşadıqları evə gətirib və birlikdə yaşamağa başlayıblar.

Qadın işlədiyindən onun qızı evdə tək qalmalı olub. Bundan istifadə edən Anar tez-tez evə gələrək qıza qarşı seksual hərəkətlər etməyə başlayıb. O, qızı anasını öldürməklə hədələyərək onunla mütəmadi seksual xarakterli hərəkətlər edib və bu barədə heç kimə məlumat verməməyi tapşırıb.

Bir müddətdən sonra o, yenidən evdə qızla seksual xarakterli hərəkətlər edərkən ona bədən xəsarətləri yetirib. Hadisədən xəbər tutan qızın dayısı bu barədə polisə məlumat verib. Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə A.İsayev saxlanılıb və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İş Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə A.İsayev 11 il azadlıqdan məhrum edilib.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər