Ötən ay Bakıda 65 yaşdan yuxarı 808 nəfərdə ilkin xəstəlik aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən ay Bakıda 65 yaşdan yuxarı 808 nəfərdə ilkin xəstəlik aşkarlanıb

First News Media11:26 - Bu gün
Ötən ay Bakıda 65 yaşdan yuxarı 808 nəfərdə ilkin xəstəlik aşkarlanıb

TƏBiB-in dəstəyi ilə Bakı Baş Səhiyyə Mərkəzinin keçirdiyi "Qızıl yaşlar. Sağlam və fəal həyat üçün" şüarı ilə 65 yaşdan yuxarı şəxslərin profilaktik tibbi müayinələri davam etdirilir.

1news.az xəbər verir ki, Bakı Baş Səhiyyə Mərkəzindən  verilən məlumata görə, iyul ayı ərzində 11 260 nəfər profilaktik tibbi müayinələrə cəlb olunub, onlardan 2 866 nəfərə evdə tibbi xidmət göstərilib, ümumi müayinə olunan şəxslərdən 876 nəfəri əlilliyi olan şəxslərdir, 32 nəfərdə isə əlillik meyarına uyğun xəstəlik aşkar olunub.

Profilaktik tibbi müayinələr nəticəsində ilkin aşkar olunan xəstə sayı 808 nəfərdir. Həmin şəxslərdə 1 446 müxtəlif xəstəliklər aşkar edilib. Müayinələr zamanı 502 nəfərdə qan-dövranı sisteminin xəstəlikləri, 186 nəfərdə endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, 172 nəfərdə həzm sisteminin xəstəlikləri, 111 nəfərdə sidik-cinsiyyət sisteminin xəstəlikləri və digər xəstəliklər aşkar edilib.

Qeyd edək ki, iyul ayının 1-dən etibarən başlayan profilaktik tibbi müayinələrin keçirilməsində əsas məqsəd yaşla bağlı risklərin (insult, infarkt və ya osteoparozla bağlı travmalar) müəyyən olunması, ürək-damar, şəkərli diabet, onkologiya, nevrologiya və s. xroniki xəstəliklərin və onların ağırlaşmalarının erkən diaqnostikası, xəstəliklər aşkar olunduğu hallarda müalicə-sağlamlaşdırma tədbirlərinin erkən başladılması və həyat keyfiyyətinin qorunmasıdır. İlkin mərhələdə müayinələrin Bakı şəhərinin 11 tibb müəssisəsi üzrə 70 mindən çox 65+ yaşlı əhalisini əhatə etməsi nəzərdə tutulub.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər