Metroda işlərə niyə avqustun 15-də başlanır? - Sədr açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Metroda işlərə niyə avqustun 15-də başlanır? - Sədr açıqladı

First News Media11:41 - Bu gün
Metroda işlərə niyə avqustun 15-də başlanır? - Sədr açıqladı

Bu işlərə niyə avqustun 15-də başlayacağımız müzakirə olunur.

1news.az Xitab24.az-a istinadla xəbər verir ki, bunu Bakı Metropoliteni QSC-nin sədri Vüsal Aslanov Bakı Metropolitenində xətlərin ayrılması layihəsinə həsr olunmuş media nümayəndələri və fikir liderləri ilə görüşdə bildirib.

V.Aslanov bunun səbəbini belə izah edib:

"Bu, bir layihədən ibarət deyil. Əsas mərhələdən biri də "Dərnəgül" deposunun hazır vəziyyətə gətirilməsidir. Biz bu deponu istismar vəziyyətinə gətirdiyimiz üçün işlərə avqustun 15-dən başlanacaq. Bununla bağlı hazırlıq işləri görülüb".

Qeyd edək ki, metroda xətlərin ayrılması işlərinin başlamasının məktəblərin açılmasına yaxın vaxta təsadüf etməsi müzakirələrə səbəb olmuşdu.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər