Azərbaycanda 7 ayda büdcədən 192 milyon manata yaxın vəsait geri qaytarılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda 7 ayda büdcədən 192 milyon manata yaxın vəsait geri qaytarılıb

First News Media11:05 - Bu gün
Azərbaycanda 7 ayda büdcədən 192 milyon manata yaxın vəsait geri qaytarılıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 191 milyon 596,3 min manat məbləğində vəsait geri qaytarılıb.

1news.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 % çoxdur.

Geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində aldıqları mallara, mədəniyyət (teatr, kino, muzey, konsert), tibbi xidmətlərə, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərinə, habelə əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.

Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları da geri qaytarılıb.

Paylaş:
49

Son xəbərlər

Bütün xəbərlər