Azərbaycanda ilk dəfə 30 gün, 30 000 km və 7/24 davamlı sürüş testi – "Limitless Drive" layihəsi başladı! - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda ilk dəfə 30 gün, 30 000 km və 7/24 davamlı sürüş testi – "Limitless Drive" layihəsi başladı! - FOTO

First News Media18:57 - Bu gün
Azərbaycanda ilk dəfə 30 gün, 30 000 km və 7/24 davamlı sürüş testi – "Limitless Drive" layihəsi başladı! - FOTO

Azərbaycanda avtomobil sənayesində yeni bir layihəyə start verilib.

"Limitless Drive" layihəsi çərçivəsində seçilmiş JAECOO J8 modeli 30 gün ərzində, 7/24 rejimində, ümumilikdə 30 000 kilometr məsafə qət edərək davamlı sürüş testindən keçiriləcək.

Avtomobil Bakı şəhəri və Azərbaycanın müxtəlif regionlarını əhatə edən əvvəlcədən müəyyənləşdirilmiş marşrut üzrə fasiləsiz hərəkətdə olacaq. Test müddətində JAECOO J8-in real istifadə şəraitində yanacaq sərfiyyatı, dözümlülüyü, uzunmüddətli istismara davamlılığı ictimaiyyətə açıq şəkildə nümayiş etdiriləcək.

Layihənin əsas məqsədi avtomobilin fasiləsiz istismar şəraitində imkanlarını real yol şəraitində nümayiş etdirmək, izləyicilərə isə prosesi müşahidə etmək imkanı yaratmaqdır.

İzləyicilər də layihənin bir hissəsi olacaq

Layihə yalnız avtomobil testindən ibarət olmayacaq. İzləyicilər gedişatı sosial media platformaları üzərindən 7/24 izləyə, marşrutu, gündəlik nəticələri və test prosesini real vaxt rejiminə yaxın şəkildə müşahidə edə biləcəklər.

Layihə müddətində müxtəlif viktorinalar, interaktiv müsabiqələr və xüsusi aktivliklər təşkil olunacaq, qaliblərə sponsorlar tərəfindən müxtəlif hədiyyələr təqdim ediləcək.

Mətbuat konfransı keçirilib

"Limitless Drive" layihəsinin rəsmi təqdimatı ilə bağlı bu gün Baku Marriott Hotel Boulevardda mətbuat konfransı keçirilib. Konfrans zamanı layihənin məqsədləri, formatı, 30 günlük sürüş testinin əsas mərhələləri və izləyicilərin cəlb olunması imkanları media nümayəndələrinə təqdim edilib.

Mətbuat konfransında iMotors şirkətinin direktoru Əli Əhədov, layihənin rəhbəri Kənan Əli və layihənin aparıcısı Elgün Xıdırov iştirak ediblər.

"İmotors" şirkətinin direktoru Əli Əhədov deyib ki, "'Limitless Test Drive' layihəsinin ideyası “Le Mans” yarışlarından ilhamlanaraq yaranıb.

“Orada avtomobil 24 saat fasiləsiz hərəkətdə olur, sürücülər dəyişir, avtomobil dəyişmir. Əsas məsələ sürətdən çox dözümlülük və etibarlılıqdır.

Biz bu ideyanı Azərbaycanda real şəraitdə həyata keçirmək qərarına gəldik. Layihə üçün “JAECOO J8” modeli seçilib, məqsədimiz avtomobili 30 gün ərzində 30 000 kilometr idarə etməkdir. Avtomobil fasiləsiz yolda olacaq; zəruri texniki işlər pit-stoplarda qısa müddətdə görüləcək.

Avtomobildə quraşdırılmış GPS sistemi və canlı yayım sayəsində hər kəs rəsmi sayt üzərindən avtomobilin harada olduğunu və hansı sürətlə hərəkət etdiyini real vaxtda izləyə biləcək.

Layihəyə 'West Lake' təkərləri, “Granville” mühərrik yağı, “Prior” lizinq, GPS xidməti və 'Everest Inishon' şirkəti tərəfdaş kimi dəstək verir.

30 gün ərzində müxtəlif qonaqlarımız — avtomobil sahəsinin nümayəndələri və fərqli sahələrdən tanınmış şəxslər — avtomobili idarə edərək təəssüratlarını bölüşəcəklər. Məqsədimiz sadəcə 30 min kilometr getmək deyil, avtomobilin real şəraitdə nə qədər dözümlü və etibarlı olduğunu göstərməkdir."

Layihənin rəhbəri Kənan Əli deyib ki, layihə bu gün saat 15:00-dan start götürəcək. “Avtomobil Ulduz metrosunun yaxınlığında yerləşən “Autodoc” servisimizdən yola çıxacaq və sentyabrın 10-dək fasiləsiz hərəkətdə olacaq. Marşrut boyunca müxtəlif şəhərlərdə pit-stop nöqtələrimiz fəaliyyət göstərəcək, burada servis baxışları, yanacaq doldurulması və digər texniki proseslər həyata keçiriləcək. Əsas pit-stop nöqtələrindən biri Ağ Şəhər dairəsində olacaq.

Layihə müddətində viktorinalar keçiriləcək, iştirakçılara sponsorlarımız tərəfindən hədiyyələr təqdim olunacaq.

Layihə 7/24 yayımlanacaq — avtomobilin hərəkətini GPS və 'YouTube' üzərindən onlayn izləmək mümkün olacaq. Bu, Azərbaycanda ilk dəfə həyata keçirilən layihədir və bütün proseslər şəffaf şəkildə canlı izlənilə biləcək.

Rəsmi veb-sayt vasitəsilə avtomobilin real vaxtda harada olduğunu, sürətini və son 24 saat ərzində keçdiyi marşrutu izləmək mümkündür”.

Layihənin aparıcısı Elgün Xıdırov deyib ki, Azərbaycanda ilk dəfə keçirilən belə bir layihənin aparıcısıdır və bu, onun üçün xüsusi əhəmiyyət daşıyır.

Layihə öz ilhamını “Le Mans” dözümlülük yarışlarından götürür. Lakin “Le Mans”da sürət amili ön plandadır və yarış qapalı trekdə keçirilir. Bizim layihə isə fərqli formatdadır — “JAECOO J8” Azərbaycanı səyahət edəcək və müxtəlif yol, relyef, iqlim şəraitlərində sınaqdan keçiriləcək.

Rusiyada buna bənzər layihələr olub, lakin onlar təxminən 12 min kilometrlik, bir həftəlik testlər olub. Bizim layihədə 30 gün ərzində 30 min kilometrin qət edilməsi dözümlülüyü daha geniş yoxlamağa imkan verir — bu, illik orta yürüş normasını (20 min km) 10 min km üstələyir.

Sınaq zamanı təkcə mühərrik deyil, sürətlər qutusu, hərəkətli hissələr, komplektləşdiricilər və sərf materialları da real şəraitdə yoxlanılacaq, eyni zamanda texniki servis reqlamentinin tətbiqi nümayiş etdiriləcək.

'Limitless Drive' təkcə texniki sınaq deyil, həm də bir macəra və çəkiliş layihəsidir — səfər zamanı rayonlarımızın az tanınan turistik məkanlarından maraqlı kadrlar təqdim olunacaq. Qarşıda bizi çox maraqlı və həyəcanlı bir səyahət gözləyir".

"Limitless Drive" – 30 gün. 30 000 km. 7/24.

Layihənin bütün gedişatını sosial media hesablarından izləmək və bu unikal avtomobil sınağının bir hissəsinə çevrilmək mümkündür.

Layihənin rəsmi veb saytı https://test.limitlessdrive.az/ üzərindən izləyə bilərsiniz.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər