Qızıl və gümüşün qiyməti aşağı enib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qızıl və gümüşün qiyməti aşağı enib

First News Media09:28 - 14 / 08 / 2026
Qızıl və gümüşün qiyməti aşağı enib

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,9% azalaraq 4 380,6 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin sentyabr fyuçerslərinin qiyməti də 1,41% azalaraq 64,08 dollar təşkil edib.

Paylaş:
265

Son xəbərlər

Bütün xəbərlər