Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

First News Media13:11 - Bu gün
Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Bərdədə 21 yaşlı gəncin meyiti tapılıb.

1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, hadisə avqustun 13-ü saat 22 radələrində baş verib.

Nəcəfqulubəyli kənd sakini 2005-ci il təvəllüdlü Kənan İlyasovun meyitini yaxınları evin həyətində aşkar ediblər. Faktla bağlı rayon prokurorluğu araşdırma aparır.

Qeyd edək ki, vəfat edən gənc Vətən müharibəsi şəhidi Bəhruz İlyasovun qardaşıdır. Onların atası Nizam İlyasov isə Birinci Qarabağ müharibəsi qazisidir. Onun 2 övladı olub.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər