Hikmət Hacıyev Buxarada Yusif Qarabağini yad edib | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev Buxarada Yusif Qarabağini yad edib

First News Media11:45 - Bu gün
Hikmət Hacıyev Buxarada Yusif Qarabağini yad edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Buxaradan paylaşım edib.

1news.az xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.

"Qarabağdan Buxaraya uzanan bir elm yolu… XVII əsrin görkəmli filosofu və alimi Yusif Qarabaği Qarabağdan çıxaraq Səmərqənd və Buxarada fəaliyyət göstərib, Orta Asiyanın elmi-mədəni həyatında mühüm iz qoyub. 1619-cu ildə Buxara hökmdarı Bahadur xan onun şərəfinə kitabxana tikdirib və Yusif Qarabağini həmin kitabxananın rəhbəri təyin edib. Bu gün də Yusif Qarabağinin məzarı Buxaradadır. Qarabağdan Buxaraya - əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü", - deyə o, paylaşımda qeyd edilib.

 

Paylaş:
52

Son xəbərlər

Bütün xəbərlər