Ağdamda kişi qətlə yetirildi - Kürəkəni tutuldu
Ağdamda qətl hadisəsi törədilib.
1news.az "Report"a istinadən xəbər verir ki, hadisə Səfərli qəsəbəsində qeydə baş verib.
Belə ki, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu şəxsi münasibətlər zəminində bıçaqlanıb. Z.Hüseynov aldığı xəsarətdən hadisə yerindəcə ölüb.
Onu qətlə yetirməkdə kürəkəni, 1996-cı il təvəllüdlü Eldəniz Elşən oğlu Qənbərov şübhəli bilinir. E.Qənbərov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
57












