Ölkədə 78,9 min aztəminatlı ailə sosial yardım alır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ölkədə 78,9 min aztəminatlı ailə sosial yardım alır

Qafar Ağayev12:16 - Bu gün
Ölkədə 78,9 min aztəminatlı ailə sosial yardım alır

Ölkədə sosial yardım alanların sayı açıqlanıb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin ölkədə sosial təminatla bağlı yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, 2026-cı il iyulun 1-i vəziyyətinə 78,9 min aztəminatlı ailənin 349,3 min üzvü ünvanlı dövlət sosial yardımı alıb.

Yardımın bir nəfərə düşən orta aylıq məbləği 97,9 manat təşkil edib.

Paylaş:
40

Son xəbərlər

Bütün xəbərlər