32 dərəcəyədək isti olacaq - Sabahın havası AÇIQLANDI | 1news.az | Xəbərlər
Cəmiyyət

32 dərəcəyədək isti olacaq - Sabahın havası AÇIQLANDI

First News Media12:48 - Bu gün
32 dərəcəyədək isti olacaq - Sabahın havası AÇIQLANDI

Azərbaycanda sentyabrın 3-də 32 dərəcə isti olacaq.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-21° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 27-32° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-22° isti olacaq.

Paylaş:
47

Son xəbərlər

Bütün xəbərlər