Bakı-Şamaxı yolunda avtomobil yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Şamaxı yolunda avtomobil yanıb

1news Redaksiyası13:10 - 23 / 09 / 2026
Bakı-Şamaxı yolunda avtomobil yanıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Şamaxı magistral avtomobil yolunun Qobustan rayonunun ərazisindən keçən hissəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

1news.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qobustan Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Ford Fusion” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtonəqliyyat vasitəsinin mühərrik hissəsi yanıb.

Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.

Paylaş:
705

Son xəbərlər

Bütün xəbərlər