ADY-dən xəbərdarlıq: Bakı–Tbilisi–Bakı qatarına saxta biletlər satılır | 1news.az | Xəbərlər
Cəmiyyət

ADY-dən xəbərdarlıq: Bakı–Tbilisi–Bakı qatarına saxta biletlər satılır

First News Media14:58 - Bu gün
ADY-dən xəbərdarlıq: Bakı–Tbilisi–Bakı qatarına saxta biletlər satılır

Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatar biletlərinin saxta yollarla satışına dair vətəndaşlara xəbərdarlıq edilib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC (ADY) məlumat yayıb.

Bildirilib ki, son günlər ADY-yə vətəndaşlardan sözügedən marşrut üzrə saxta biletlərin satılması ilə bağlı müraciətlər daxil olur.

“Bəzi turizm şirkətləri və sosial şəbəkə hesabları mövcud olmayan yerlər üzrə sərnişinlərə saxta biletlər təqdim edir. Bununla bağlı hüquq-mühafizə orqanlarına müvafiq qaydada müraciət olunur. Hazırda məsələ ilə bağlı araşdırmalar aparılır və sui-istifadə hallarının qarşısı mütəmadi olaraq alınır. Saxtakarlıq edən şəxslərin və səhifələrin müəyyən edilərək hüquqi qaydada cəzalandırılması təmin edilir”, - məlumatda qeyd olunub.

ADY bir daha bildirib ki, qurum Bakı–Tbilisi–Bakı marşrutu üzrə heç bir turizm şirkəti və ya vasitəçi ilə əməkdaşlıq etmir və onlara bilet kvotası ayırmır.

Sərnişinlərə biletləri yalnız ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və dəmiryol kassalarından əldə etmək tövsiyə olunub.

Paylaş:
36

Son xəbərlər

Bütün xəbərlər