Ötən gün 48 cinayət açılıb, 38 şübhəli saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün 48 cinayət açılıb, 38 şübhəli saxlanılıb

First News Media10:27 - Bu gün
Ötən gün 48 cinayət açılıb, 38 şübhəli saxlanılıb

Sentyabrın 14-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-dən 1news.az-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 151, o cümlədən borclu şəxs qismində axtarışda olan 123 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər