Tramp: “Ölkələr ABŞ-ın çəkdiyi xərcləri ödəməli olacaq”
''Bizə heç bir şəkildə kömək etməyən dünya ölkələri ABŞ-ın xərclərini ödəməli olacaqlar''
1news.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
Tramp İranla bağlı böhran və Hörmüz boğazında gəmiçiliyə dair vəziyyət zamanı Vaşinqtona dəstək verməyən ölkələrin ABŞ-ın çəkdiyi xərcləri kompensasiya etməli olacağını bildirib.
Onun sözlərinə görə, böhran başa çatdıqdan sonra ABŞ-a heç bir yardım göstərməyən ölkələr Vaşinqtonun çəkdiyi xərcləri ödəməli olacaqlar.
“Bizə heç bir şəkildə kömək etməyən dünya ölkələri ABŞ-ın xərclərini ödəməli olacaqlar və bu aldadıcı böhran başa çatdıqda bunu mütləq edəcəklər”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti qeyd edib ki, Vaşinqton digər ölkələr üçün özündən daha çox iş görür və bu vəziyyətin artıq bir neçə nəsildir davam etdiyini vurğulayıb.












