Türkiyə səfiri Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyə səfiri Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib

1news Redaksiyası10:31 - 15 / 09 / 2026
Türkiyə səfiri Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib

Türkiyənin Azəbaycandakı səfiri Birol Akgün Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını düşmən işğalından azad etməsinin 108-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib.

1news.az xəbər verir ki, bu barədə Türkiyənin Azəbaycandakı səfirliyi "X" hesabında paylaşım edib.

Bildirilib ki, ziyarətdə Türkiyə səfirliyinin əməkdaşları, hərbi attaşelik, müşavirlər, aidiyyəti qurum və təşkilatların nümayəndələri iştirak ediblər.

Birol Akgün mərasim çərçivəsində Türk şəhidliyinin önünə əklil qoyub, şəhid məzarlarına qərənfillər düzüb və xatirə kitabına ürək sözlərini yazıb.

Paylaş:
374

Son xəbərlər

Bütün xəbərlər