Bu gün Azərbaycanda Bilik Günüdür | 1news.az | Xəbərlər
1news TV

Bu gün Azərbaycanda Bilik Günüdür

First News Media08:35 - Bu gün
Bu gün Azərbaycanda Bilik Günüdür

Bu gün Azərbaycanda yeni tədris ilinin başlanması münasibətilə Bilik Günü qeyd olunur.

1news.az xəbər verir ki, sentyabrın 15-dən etibarən ölkənin bütün təhsil müəssisələrində yeni tədris ili başlayır.

2026-2027-ci tədris ilində ölkə üzrə ümumilikdə 2,2 milyon nəfərin təhsil alacağı gözlənilir. Onların 1,7 milyondan çoxunu ümumi təhsil müəssisələrində oxuyan şagirdlər təşkil edir.

İşğaldan azad edilmiş ərazilərdə də yeni tədris ili ilə bağlı hazırlıqlar başa çatdırılıb. Bu ərazilərdə 15 yeni təhsil müəssisəsi fəaliyyətə başlayır.

Bakıda isə 504 mindən çox şagird yeni tədris ilinə start verir. Onların arasında 39 mindən çox birinci sinif şagirdi də var.

Yeni dərs ilinin başlanması ilə məktəblərdə təhsil prosesi bərpa olunur və minlərlə şagird ilk dərs gününün həyəcanını yaşayır.

Paylaş:
65

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər