DSX Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir | 1news.az | Xəbərlər
Cəmiyyət

DSX Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir

First News Media14:27 - Bu gün
DSX Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir

Dövlət Sərhəd Xidmətinin (DSX) Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir.

Bu barədə 1news.az-a DSX-dan məlumat verilib.

Bildirilib ki, zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluçusu qismində xidmət keçmək arzusunda olan vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

Namizədlər aşağıda qeyd olunan tələblərə cavab verməlidirlər:

- Müddətli həqiqi hərbi xidmət keçmiş;

- 30 yaşadək, fiziki cəhətdən sağlam;

- Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olan kişi namizədlər müraciət edə bilər.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər