Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb

First News Media14:47 - Bu gün
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb

Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb. 

1news.az-ın “Qafqazinfo”ya istinadən xəbərinə görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, aktrisanın müalicəsi evdə davam etdiriləcək:

“Avqustun 25-də Yeni Klinikaya hospitalizasiya olunan 1954-cü il təvəllüdlü şəxsə zəruri tibbi xidmət göstərilib və stasionar müalicəsi yekunlaşıb. Pasiyent 16 sentyabrda ambulator müalicə üçün evə buraxılıb”. 

Qeyd edək ki, avqustun 22-si 72 yaşlı aktrisa yolu keçərkən avtomobillə vurulub. Dərhal hospitalizasiya edilən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin olunmuşdu.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər