Şəmkirdə 13 il əvvəlki qətlin üstü açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə 13 il əvvəlki qətlin üstü açılıb

First News Media15:13 - Bu gün
Şəmkirdə 13 il əvvəlki qətlin üstü açılıb

Şəmkir rayonunda 2013-cü il avqustun 5-də 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış, istintaq tədbirləri nəticəsində qətli tamah məqsədilə törətməkdə şübhəli bilinən, 1989-cu il təvəllüdlü Xəyal Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər