Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsinin surətini təqdim edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsinin surətini təqdim edib

1news Redaksiyası15:01 - 17 / 09 / 2026
Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsinin surətini təqdim edib

Azərbaycanın Macarıstandakı yeni səfiri Esmira Cəfərova etimadnaməsinin surətini bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) təqdim edib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycanın Budapeştdəki diplomatik missiyasının rəhbəri "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bu gün mən etimadnaməmin surətini Macarıstan Xarici İşlər Nazirliyinin Protokol şöbəsinin rəisi Mariann Syuçə (Mariann Szücs) təqdim etdim. Qonaqpərvərliyə görə təşəkkür edirəm!", - E.Cəfərova yazıb.

Esmira Cəfərova Prezident İlham Əliyevin 29 iyul tarixli Sərəncamı ilə Azərbaycanın Macarıstandakı səfiri təyin edilib.

 

Paylaş:
783

Son xəbərlər

Bütün xəbərlər