Autizmlə bağlı yeni dövlət proqramının yaradılması təklif edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Autizmlə bağlı yeni dövlət proqramının yaradılması təklif edilib

First News Media15:08 - Bu gün
Autizmlə bağlı yeni dövlət proqramının yaradılması təklif edilib

Autizmlə bağlı yeni dövlət proqramının yaradılması təklif edilib.

1news.az "Report"a istinadən xəbər verir ki, bunu deputat Soltan Məmmədov Milli Məclisin Səhiyyə komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, uşaqlar arasında hələ də nadir xəstəliklər var ki, bu gün onlar xidmətlər zərfinə daxil deyil:

"Yaxşı olardı ki, müəyyən yeni dövlət proqramları çərçivəsində həmin məsələlərin həllinə nail olaq. Vaxtilə yaradılmış dövlət proqramlarının məqsədi də ondan ibarət idi ki, istər talassemiya, istər digər xəstəliklərlə bağlı problemlərə diqqəti artıraq və əlavə büdcə hesabına onların həllinə nail olaq. Bu gün autizmlə bağlı problemlər var. Yaxşı olardı ki, biz onu da ünvanlayaq. Həmin böyük dövlət proqramlarının, artıq illərdir uğurla həyata keçirilən dövlət proqramlarının xidmətlər zərfinə daxil olunması ilə bərabər, bir sıra nadir xəstəliklərin idarə olunması üçün yeni dövlət proqramları haqqında da düşünmək olar".

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər