Azərbaycan deputatları Rusiyada keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər
Milli Məclisin bir qrup deputatı Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına keçiriləcək seçkiləri müşahidə etmək məqsədilə sentyabrın 18-də bu ölkəyə səfər edəcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, Milli Məclisin komitə sədri Azər Əmiraslanov, deputatlardan Fatma Yıldırım, Anar Məmmədov və Eyvaz Qurbanov Moskva şəhərində, Sabir Hacıyev isə Sankt-Peterburq şəhərində seçki prosesini izləyəcəklər.
Deputatlarımız seçki məntəqələrində yaradılmış şəraitlə tanış olacaq, səsvermə və səslərin sayılması prosesini müşahidə edəcəklər.
58












