“Dərnəgül”dən “28 May”a 11 dəqiqəyə gələ bilərsiniz | 1news.az | Xəbərlər
Cəmiyyət

“Dərnəgül”dən “28 May”a 11 dəqiqəyə gələ bilərsiniz

First News Media15:30 - Bu gün
“Dərnəgül”dən “28 May”a 11 dəqiqəyə gələ bilərsiniz

Bakı Metropolitenində xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlərin rahat hərəkətini təmin etmək məqsədilə alternativ marşrutlar təklif olunur.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.

Bildirilib ki, sərnişinlər “Dərnəgül” dəmiryol dayanacağından istifadə etməklə “28 May” istiqamətinə qatarla cəmi 11 dəqiqəyə birbaşa və rahat çata bilərlər.

Həmçinin Xırdalan və Biləcəridən qatarla “Dərnəgül” dayanacağına gələn sərnişinlər buradan eyniadlı metro stansiyasına keçid edərək Yaşıl xətt üzrə, o cümlədən “20 Yanvar”, “İnşaatçılar” və tələbə axınının yüksək olduğu “Elmlər Akademiyası” stansiyaları istiqamətində səfərlərini davam etdirə bilərlər.

ADY sərnişinlərə qatarların hərəkət cədvəli ilə şirkətin rəsmi internet saytı və “ADY Mobile” tətbiqi vasitəsilə tanış olmağı tövsiyə edib.

 

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər