ADY metro xətlərinin ayrılması ilə bağlı sərnişinlərə müraciət edib
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı Metropolitenində xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlərin rahat hərəkətini təmin etmək üçün alternativ marşrutlar təklif edir.
1news.az xəbər verir ki, bununla bağlı ADY məlumat yayıb.
Bildirilib ki, sərnişinlər “Dərnəgül” dəmiryol dayanacağından istifadə etməklə “28 May” istiqamətinə qatarla cəmi 11 dəqiqəyə birbaşa və rahat çata, Xırdalan və Biləcəridən qatarla “Dərnəgül” dayanacağına gələrək, buradan eyniadlı metro stansiyasına keçid etməklə Yaşıl xətt üzrə, o cümlədən “20 Yanvar”, “İnşaatçılar” və tələbə axınının yüksək olduğu “Elmlər Akademiyası” stansiyaları istiqamətində səfərlərini davam etdirə bilərlər.
Hərəkət cədvəlini ADY-nin saytından və “ADY Mobile” tətbiqindən izləyə bilərsiniz.












