Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir | 1news.az | Xəbərlər
Cəmiyyət

Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir

1news Redaksiyası17:32 - 22 / 09 / 2026
Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir

Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1" yarışı səbəbilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək.

1news.az-ın "Report"a istinadən məlumatına görə, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək.

Bu iş rejimi "Formula 1" trekinin həmin ərazidən keçməsi ilə əlaqədardır.

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.

Paylaş:
478

Son xəbərlər

Bütün xəbərlər